Avstriya Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu ünvanlayıb
Xarici siyasət
- 24 may, 2023
- 12:02
Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bütün dövlətlərin və xalqların rifahı, habelə Cənubi Qafqaz regionunun insan və iqtisadi potensialının inkişafı üçün davamlı sülh, təhlükəsizlik və sabitlik xüsusi önəm kəsb edir. Mən əminəm ki, Azərbaycan buna əhəmiyyətli dərəcədə töhfə verə bilər.
Bu fürsətdən məmnuniyyətlə istifadə edərək, Sizə əmin-amanlıq, Azərbaycan xalqına isə xoşbəxt və dinc gələcəklə bağlı ən gözəl arzularımı çatdırıram".
Son xəbərlər
18:48
Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb
Hadisə18:41
Azərbaycanda növbəti torpaq hərracları elan edilib
Biznes18:39
Foto
TDT ölkələrinin əmək və sosial müdafiə nazirləri DOST Mərkəzində olublar
Sosial müdafiə18:35
"Moody's" Azərbaycanın uzunmüddətli iqtisadi perspektivlərinin güclənməsinin əsas amillərini açıqlayıb
İnfrastruktur18:34
Qeyri-yaşayış obyektlərinin sadə formada sənədləşdirilməsi üçün müraciət müddəti yekunlaşmaqdadır
Biznes18:30
Tarixi motivli ekran əsərlərində milli-mənəvi dəyərlərə hörmət ön planda olmalıdır - RƏY
Mədəniyyət siyasəti18:29
Səfir: Şəki koreyalı turistlər arasında ikinci populyar istiqamətdir
Xarici siyasət18:28
Foto
Ali Məhkəmədə "Femida könüllüləri" ilə görüş keçirilib
Daxili siyasət18:15