Avropa İttifaqı Zəngilan istiqamətində müşahidələrini aktivləşdirib - VİDEO

Avropa İttifaqı Zəngilan istiqamətində müşahidələrini aktivləşdirib - VİDEO Avropa İttifaqının (Aİ) Azərbaycanla Ermənistan arasında sərhəddə yerləşdirilən müşahidə missiyası Zəngilan istiqamətində fəaliyyətini aktivləşdirib.
Xarici siyasət
28 Yanvar , 2025 12:42
Avropa İttifaqı Zəngilan istiqamətində müşahidələrini aktivləşdirib - VİDEO

Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən müşahidə missiyası Zəngilan istiqamətində fəaliyyətini aktivləşdirib.

“Report”un əldə etdiyi görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasına məxsus maşın karvanı sərhədə doğru irəliləyir.

Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.

Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi