Mariam Kvrivişvili: Orta Dəhlizin uğuru infrastruktur investisiyalarından asılıdır
- 10 noyabr, 2026
- 18:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Orta Dəhlizin uğuru infrastruktur investisiyalarından və sərhəd prosedurlarının sadələşdirilməsindən asılıdır.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Türkiyənin Antalya şəhərində keçirilən Qlobal Yaşıl Yük Dəhlizləri Təşəbbüsü (GGFCI) üzrə Nazirlər Şurasının iclasında bildirib.
Nazirin sözlərinə görə, Gürcüstan qarşıya qoyulan məqsədlərə nail olmaq üçün regional tərəfdaşlarla sıx əməkdaşlıq edir.
"Yaşıl keçid həmçinin investisiyalar və iqlim maliyyələşdirilməsi tələb edir. Bu baxımdan beynəlxalq maliyyə institutları, inkişaf tərəfdaşları və özəl sektorla əməkdaşlığın daha da gücləndirilməsini alqışlayırıq", - M. Kvrivişvili qeyd edib.