"ASAN xidmət" təcrübəsi Kambocada tətbiq olunacaq

Xarici siyasət
  • 05 dekabr, 2025
  • 16:36
ASAN xidmət təcrübəsi Kambocada tətbiq olunacaq

Azərbaycanın "ASAN xidmət" təcrübəsi Kambocada tətbiq olunacaq.

Bu barədə "Report"a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentlik sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Kambocaya səfəri çərçivəsində Dövlət Agentliyi ilə Kambocanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi "ASAN xidmət" təcrübəsinin Kamboca tərəfi ilə paylaşılmasıdır.

Memorandumun mübadiləsi mərasimində Kamboca Baş nazirinin müavini Vonqsey Vissot iştirak edib.

Səfər çərçivəsində Kambocanın poçt və telekommunikasiyalar naziri ilə görüş keçirilib.

Görüş zamanı memorandumun icrası istiqamətində işçi qrupun yaradılması ilə bağlı razılığa gəlinib.

Eyni zamanda, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının, eləcə də Qırğızıstan və Filippin nümayəndələri ilə "ASAN xidmət" təcrübəsinin paylaşılması və potensial əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti