“İlkin rəqəmlər Ermənistanda daxili vəziyyətin sabitləşəcəyinə və ötən ilin 9 noyabr tarixində imzalanmış üçtərəfli razılaşmalar çərçivəsində danışıqlar prosesinin, görüşlərin bərpa olunacağına müəyyən ümidlər yaradır. Ümid edirik ki, onlar öz nəticələrini verəcək”.
“Report” xəbər verir ki, bu fikirləri jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Ermənistanda keçirilmiş seçkilərin yekunlarını və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının gedişatini şərh edərkən bildirib.
“Biz həmçinin tərəflər arasında etimadın qurulması prosesinin davam edəcəyinə, yaxın aylarda və ya illərdə iki ölkə və xalq arasında barışıq prosesində əsl tərəqqinin şahidi olacağımıza ümid edirik”, - diplomat bildirib.
Çiçək Məmmədova