Almaniyadan daha 8 Azərbaycan vətəndaşı deportasiya ediləcək

Almaniyadan daha 8 Azərbaycan vətəndaşı deportasiya ediləcək Almaniyada məhkəmə 8 Azərbaycan vətəndaşının ölkədən çıxarılması ilə bağlı qərarı qüvvədə saxlayıb. “Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, ötən gün Deggendorf şəhər İdarə Məhkəməsində 2016-c
Xarici siyasət
1133
2 İyul , 2020 09:29
Almaniyadan daha 8 Azərbaycan vətəndaşı deportasiya ediləcək
Report

Almaniyada məhkəmə 8 Azərbaycan vətəndaşının ölkədən çıxarılması ilə bağlı qərarı qüvvədə saxlayıb. “Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, ötən gün Deggendorf şəhər İdarə Məhkəməsində 2016-cı ildə Almaniyaya gələrək sığınacaq istəyən 5 nəfərdən ibarət ailə və daha 3 azərbaycanlının məhkəmə prosesi keçirilib. 
Məhkəmə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) 8 Azərbaycan vətəndaşı barəsində çıxardığı qərarı qüvvədə saxlayıb.  
Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar könüllü ölkəni tərk etməklə bağlı ilkin qərarın icrası mümkün olmadığından, Azərbaycan vətəndaşlarının ölkədən çıxarılması qeyri-müəyyən vaxta təxirə salınıb.  
2019-cu ildə Almaniyaya qanunsuz yollarla daxil olan 3 Azərbaycan vətəndaşı eyni zamanda 500 avro cərimə ödəməli olacaq.
Məlumat üçün bildirək ki, bu ilin sonuncu rübünə kimi aralarında azərbaycanlı sığınacaq axtaranların da olduğu 4000-dən çox şəxsin Almaniyadan deportasiya edilməsi gözlənilir.