Aİ Şurasının komitəsi Ermənistana Müşahidə Missiyasının göndərilməsinə razılıq verib

Aİ Şurasının komitəsi Ermənistana Müşahidə Missiyasının göndərilməsinə razılıq verib Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi (Aİ üzv ölkələrinin səfirləri) Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsinə razılıq verib.
Xarici siyasət
11 Oktyabr , 2022 18:08
Aİ Şurasının komitəsi Ermənistana Müşahidə Missiyasının göndərilməsinə razılıq verib

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi (Aİ üzv ölkələrinin səfirləri) Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsinə razılıq verib.

“Report”un xəbərinə görə, məlumatı “Azadlıq” radiosunun erməni dilli xidməti yayıb.

Bildirilib ki, bu gün komitənin qapalı iclasında məsələ müzakirəyə çıxarılıb və müsbət qərar qəbul olunub.

Bildirilib ki, missiyanın Ermənistana gedəcəyi birmənalıdır. Hazırda Müşahidə Missiyasının tərkibi, onların yola düşəcəyi tarix müzakirə olunur.

Son xəbərlər

Orphus sistemi