ABŞ-nin Çikaqo şəhərində Azərbaycanın səyyar konsulluq xidməti təşkil olunacaq

ABŞ-nin Çikaqo şəhərində Azərbaycanın səyyar konsulluq xidməti təşkil olunacaq ABŞ-nin Çikaqo şəhərində səyyar konsulluq xidməti təşkil olunacaq.
Xarici siyasət
24 Fevral , 2024 00:19
ABŞ-nin Çikaqo şəhərində Azərbaycanın səyyar konsulluq xidməti təşkil olunacaq

ABŞ-nin Çikaqo şəhərində səyyar konsulluq xidməti təşkil olunacaq.

"Report"un ABŞ bürosunun xəbərinə görə, Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təşkil olunan səyyar konsulluq xidməti fevralın 24-də baş tutacaq.

Səfirlik Çikaqo şəhəri və yaxın ərazilərdə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək onlara tələbləri ilə bağlı səfirliklə əlaqə saxlamaqla, görüş vaxtının təyin olunmasını xahiş edib. Həmvətənlərimizə qəbul çərçivəsində pasportların rəsmiləşdirilməsi, notariat əməliyyatlarla bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ABŞ-də səyyar konsulluq xidməti Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin səyləri nəticəsində 2021-ci ildən etibarən mütəmadi keçirilir. Ötən müddət ərzində ABŞ-nin qərb, cənub şəhər və ştatlarında, Texasda, Bostonda, Nyu-Yorkda artıq səyyar konsulluq xidmətləri keçirilib və bu fəaliyyətlərin əhatə dairəsini genişləndirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi