Turizm İnformasiya Mərkəzləri üçün yeni turizm köşkləri yaradılacaq

Turizm İnformasiya Mərkəzləri üçün yeni turizm köşkləri yaradılacaq Mədəniyyət və Turizm Nazirliyi ilk belə bir layihəni Lənkəran şəhərində həyata keçirməyə hazırlaşır
Turizm
10 Sentyabr , 2015 19:59
Turizm İnformasiya Mərkəzləri üçün yeni turizm köşkləri yaradılacaq

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanda turizm imkanlarının daha geniş şəkildə təbliğ edilməsi və turistlərin cəlb edilməsi məqsədilə turizm məhsullarının, marşrutlarının yaradılması, bu sahədə xidmətlərin göstərilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi paytaxt Bakıda və regionlarda ümumilikdə 15 Turizm İnformasiya Mərkəzləri yaradıb.

"Report" xəbər verir ki, məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Turizm İnformasiya Mərkəzlərinin işinin təkmilləşdirilməsi, daha çox turistə xidmət göstərməsi və tərəfimizdən aparılan araşdırmalara əsasən bu cür xidmətlərə turistlərin tələbatının artdığını nəzərə alaraq, mərkəzin əsas ofisi saxlanılması şərtilə, turistlərin daha çox olduğu ərazilərdə turizm informasiya köşklərinin quraşdırılmasını nəzərdə tutulub.

Mədəniyyət və Turizm Nazirliyi ilk belə bir layihənin Lənkəran İcra Hakimiyyətinin dəstəyi ilə Lənkəran şəhərində həyata keçirməyə hazırlaşır. Bu layihə uğurla həyata keçirildikdən sonra Azərbaycanın digər turizm bölgələrində turistlərin daha çox səfər etdikləri ərazilərində də Turizm İnformasiya Mərkəzlərinin köşklərinin quraşdırılması davam etdiriləcək.

Qeyd edək ki, bu gün paytaxt Bakıdan savayı ölkənin şəhər və rayonları üzrə ümumilikdə 15 belə mərkəz (Naxçıvan, Xaçmaz, Quba, Şamaxı, Zaqatala, Qəbələ, İsmayıllı, Bərdə, Qusar, Gəncə, Şəki və Lənkəran, Mingəçevir, Şəmkir) fəaliyyət göstərir. Bunlardan Qəbələ, İsmayıllı, Bərdə və Qusar Turizm İnformasiya Mərkəzləri yeni fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi