Kənan Quluzadə: "İndikindən iki-üç dəfə çox turist qəbul etməyə hazırıq"
Turizm
- 30 avqust, 2025
- 12:55
Azərbaycanın turizm sənayesi artan insan axınına cavab vermək üçün bütün imkanlara malikdir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, mövcud potensial gözləniləndən dəfələrlə çoxdur: "Azərbaycanın turizm sənayesi bundan iki, hətta üç dəfə çox turist qəbul etməyə qadirdir. Otellərimiz, turizm agentliklərimiz və xidmət sektorumuz kifayət qədər işçi qüvvəsinə malikdir. Hər il yeni iş yerləri açılır".
K. Quluzadə əlavə edib ki, turizm sahəsi regional gərginliklərdən təsirlənsə də, bərpa baxımından digər sahələrdən daha üstündür: "Turizm həssas sektordur, lakin eyni zamanda ən sürətlə bərpa olunan sahələrdən biridir".
Son xəbərlər
11:33
Yaponiyada 6,2 maqnitudalı zəlzələ olub, xəsarət alanlar var
Digər ölkələr11:33
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci dekabrda 52 %-dən çox artırıb
Biznes11:32
Ötən ay dövlət sərhədini pоzduqlarına görə 19 nəfər saxlanılıb
Hadisə11:30
Kasım-Jomart Tokayev Qazaxıstanda parlament islahatı üzrə müşavirə keçirib
Region11:14
Azərbaycanın məşhur güləşçisi dünya çempionatından sonra karyerasını bitirəcək
Fərdi11:06
Azərbaycan vətəndaşları da daxil olmaqla 13 nəfər Gürcüstandan deportasiya edilib
Region11:05
Səfərbərlik Xidmətində ötən il 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb
Hadisə11:03
Ötən il Dövlət Xidmətinin 172 əməkdaşı cəzalandırılıb
Daxili siyasət11:02