Azərbaycan Makaoda keçirilən konqresdə turizm imkanlarını təqdim edib
- 24 aprel, 2026
- 12:48
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) 22-24 aprel tarixlərində Çinin xüsusi inzibati ərazisi olan Makaoda keçirilən "Destination Wedding Planners Congress 2026" (DWP) tədbirində iştirak edib.
"Report" agentliyə istinadən xəbər verir ki, konqres çərçivəsində ATB nümayəndələri beynəlxalq toy və tədbir təşkilatçıları ilə 20 B2B görüş keçirərək əməkdaşlıq imkanlarını müzakirə edib və qarşılıqlı fikir mübadiləsi aparıblar.
Eyni zamanda, iştirakçılara Azərbaycanda toy mərasimləri və müxtəlif tədbirlərin təşkili imkanları barədə ətraflı məlumat təqdim olunub.
DWP lüks toy təşkilatçılarını qabaqcıl məkanlar, hotellər, destinasiyalar və sənaye tərəfdaşları ilə bir araya gətirən qlobal səviyyədə aparıcı B2B platformalardan biridir.