“Ulduz müharibələri”ndə Dart Veyderi səsləndirmiş aktyor vəfat edib

“Ulduz müharibələri”ndə Dart Veyderi səsləndirmiş aktyor vəfat edib Amerikalı aktyor Ceyms Erl Cons vəfat edib.
Şou-biznes
10 Sentyabr , 2024 01:24
“Ulduz müharibələri”ndə Dart Veyderi səsləndirmiş aktyor vəfat edib

Amerikalı aktyor Ceyms Erl Cons vəfat edib.

“Report” “ABC News”a istinadən xəbər verir ki, 93 yaşlı incəsənət xadimi Nyu-York ştatındakı Datçess dairəsində öz evində keçinib.

60 ildən çox karyerası ərzində Cons onlarla filmdə çəkilib. Onların arasında “Amerikaya səfər”, “Barbar Konan”, “Mətvan”, “Ən yaxşıların ən yaxşısı”, “Cinayət əlaqələri”, “Qırmızı oktyabr ovu”, “Doktor Strenclav və ya mən necə bombadan qorxmamağı öyrəndim və onu sevdim?”. Aktyor həmçinin “Kral Şir” cizgi filmində Mufasanı, əfsanəvi “Ulduz müharibələri” franşizasında isə Dart Veyderi səsləndirib.

Cons üç “Toni” mükafatı, iki “Emmi” (hər ikisini 1991-ci ildə qazanıb) və bir “Qremmi” mükafatının sahibidir. 2011-ci ildə o, “kino sənətinin inkişafına verdiyi töhfəyə görə” fəxri “Oskar” alıb.

Son xəbərlər

Orphus sistemi