Bakı. 27 Fevral. REPORT.AZ/ Məşhur bəstəkar Ennio Morrikone Hollivuddakı Şərəf xiyabanında adlı ulduza layiq görülüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, onun açılışının rəsmi mərasimi Los-Ancelesdə keçirilib.
Açılış mərasiminə məşhur amerikalı aktyor və rejissor Kventin Tarantino da gəlib. O, uşaqlıqdan böyük audioyazı kolleksiyası topladığını və burada ən çox Morrikonenin bəstələrinin olduğunu söyləyib.
E.Morrikone "Xaç atası", "Yaxşı, pis və çirkin", "Bir dəfə Vəhşi Qərbdə", "Büllur lələkli quş", "Şübhəli olmayan vətəndaşın istintaqı", "Master və Marqarita", "Qırmızı çadır","Püşəkar" və başqa bu kimi məşhur filmlərin musiqisinin müəllifidir.
Ustad bəstəkar ümumilikdə 450-yə yaxın filmin musiqisinin müəllifi olub.