Yalnız “CineMastercard” premium kinoteatrlar şəbəkəsində bu gündən etibarən yazıçı Beyza Alkoçun eyniadlı əsəri əsasında çəkilən “Karantina” türk romantik dramının nümayişi başlayır.
"Report" xəbər verir ki, Ahmet Topuzun rejissoru olduğu filmdə baş rolları Meltem Akçöl, Demirhan Demircioğlu, İlker Aksum və Onur Bay canlandırıb.
Ekran işi cinayət araşdırması zamanı bir-birilərinə aşiq olan cütlüyün hekayəsindən bəhs edir.
Belə ki, Zeynep yeni məktəbə getdiyi zaman başına nə gələcəyini bilməyən gənc qızdır. Məktəbin ilk günündə o, hadisələrin mərkəzinə düşür. Epidemiya səbəbi ilə karantin, qətl və Onura qarşı gözlənilməz sevgi... Epidemiyanın təsirindən yaranan çətinliklər gənclərin emosional sarsıntılarını daha da artırır. Bu proses sevgi və dostluğu sınaqdan keçirir.