Zahid Oruc: "Uşaq pulu" mövzusu ətrafında ictimai kampaniya aparılır"

Sosial müdafiə
  • 17 dekabr, 2019
  • 09:13
Zahid Oruc: Uşaq pulu mövzusu ətrafında ictimai kampaniya aparılır
Zahid Oruc
Report / Elchin Murad

"İndi "uşaq pulu" mövzusu ətrafında ictimai kampaniya aparılır. "Uşaq pulu" məsələsində optimal qərara gəlmək mümkündür. Lakin ən maraqlısı odur ki, bunu o qüvvələr kampaniya şəklində edirlər".

"Report" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, amma həmin şəxslərin özlərinin bir uşaqla belə şəkilləri yoxdur: "Bu adamlar uşağa elə qayğıdan danışırlar ki, doğrusu, heyran qalıram. Gələcək dövrdə sosial problemlərin həlli ilə bağlı qərarların davamı olacaq. Hesab edirəm ki, onların dəyərləndirlməsində birlikdə iştirak etməliyik".