Yuxarı

Zahid Oruc

 - 

Milli Məclisin deputatı



2013

12 avqust 2013-cü ildə müstəqil qaydada öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürərək sənədlərini MSK-ya təqdim edib və bununla da təmsil etdiyi Ana Vətən Partiyasının sıralarından azad olub.

2000

2000-ci ildən Milli Məclisin deputatıdır.

1999

1999-2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru vəzifəsini daşıyıb.

1992

1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib.

1989

1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub.

1972

Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub.