Xidmət rəisi: “Sahibkar və işçilərin əmək qanunvericiliyi sahəsində bilikləri azdır”

Xidmət rəisi: “Sahibkar və işçilərin əmək qanunvericiliyi sahəsində bilikləri azdır” “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan sorğular əsasında sahibkarların və işçilərin əmək qanunvericiliyi sahəsində biliklərinin, məlumatlılıq səviyyəsinin az olmasını müşahidə edirik”.
Sosial müdafiə
14 Mart , 2023 16:04
Xidmət rəisi: “Sahibkar və işçilərin əmək qanunvericiliyi sahəsində bilikləri azdır”
Vəli Quliyev

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan sorğular əsasında sahibkarların və işçilərin əmək qanunvericiliyi sahəsində biliklərinin, məlumatlılıq səviyyəsinin az olmasını müşahidə edirik”.

Bu fikirləri Dövlət Xidmətinin rəisi Vəli Quliyev “Report”a müsahibəsində deyib.

Onun sözlərinə görə, bəzən hətta hər hansı qanun pozuntusu aşkarlandıqda işəgötürənlər bunu əmək qanunvericiliyi və onun tətbiqi, qanunvericiliyin tələbləri barədə məlumatsız olmaları ilə əsaslandırırlar: “Ona görə də işəgötürənlərə “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yerləşdirilən məlumat və xəbərdarlıqlar, tövsiyə və bildirişlərlə daim tanış olmağı və onları diqqətdə saxlamağı, bu əsasda da qanunvericiliyin tələblərinin yerinə yetirilməsini tövsiyə edirəm. İşəgötürənlər mütəmadi olaraq rəhbərləri olduqları qurumu, şirkəti özləri də monitorinq etməli, yoxlamalı, qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını nəzarətdə saxlamalıdırlar”.

“Həmçinin hər iki tərəfə, yəni həm işəgötürənlərə, həm də işçilərə əmək qanunvericiliyi barədə məlumatlı olmalarını, Nazirlik və Xidmətin rəsmi sayt və sosial şəbəkə hesablarını izləyərək mütəmadi yeniliklərlə tanış olmalarını tövsiyə edirəm. Xüsusilə də hər bir işçiyə qeyri-leqal məşğulluqdan uzaq olmasını və işəgötürənlərə də hər bir işçi əmək münasibətlərini rəsmiləşdirilmiş qaydada həyata keçirmələrini tövsiyə etmək istəyirəm. Çünki qeyri-leqal məşğulluq işçiləri əmək və sosial müdafiə hüquqlarından məhrum edir, onların gələcək sosial təminatına heç bir əsas, imkan yaratmır” – xidmət rəisi əlavə edib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyevlə geniş müsahibəsini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi