Şimali Kiprdə şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək

Şimali Kiprdə şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək Bu ilin iyun ayında ŞKTR-də şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək.
Sosial müdafiə
23 May , 2024 17:56
Şimali Kiprdə şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək

Bu ilin iyun ayında Şimali Kipr Türk Respublikasında (ŞKTR) şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək.

Bu fikirləri "Report"un Qarabağ bürosuna açıqlamasında "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova deyib.

Onun sözlərinə görə, Qarabağa səfər etmək ŞKTR-dən olan şəhid ailələrinin ən böyük arzusu olub:

“QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Şimali Kiprdə şəhid ailələrini birləşdirən "Şəhid ailələri və malül qazilər dərnəyi"nin birgə təşkilatçılığı ilə bu səfəri təşkil etdik. Onların da ən böyük arzusu şəhidlərimizin qanı ilə suvarılmış vətən torpağını ziyarətə gəlmək idi. Səfər boyu Şuşa, Xocalı və Ağdama gəldik, şəhidlərimizi ziyarət etdik. Çox duyğusal anlar yaşadıq, bu da təbiidir”.

S. Orucova qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycandan olan şəhid övladları üçün bu ilin iyun ayında ŞKTR-də yay düşərgəsinin təşkil ediləcəyini də diqqətə çatdırıb:

“Bir millət olaraq eyni acıları yaşamağımız tarixən məlumdur. Çünki acılarımız və yaşadığımız faciələr eynidir. Uğradığımız soyqırımlarını xatırladıq, tariximizi, Qarabağın azad olunmasından doğan fəxarət dolu anları bölüşdük.

Onu da deyim ki, İnşallah, iyul ayında ŞKTR-in iki universitetində azərbaycanlı şəhid övladları üçün yay düşərgəsi təşkil edəcəyik. Əminik ki, bizim düşərgədə iştirak edən övladlarımız onların tarixi ilə yaxından tanış olacaqlar”.

Son xəbərlər

Orphus sistemi