Aynur Sofiyeva: Ölkədə uşaqlara dair mühüm sənədlərin qəbulu nəzərdə tutulur

Aynur Sofiyeva: Ölkədə uşaqlara dair mühüm sənədlərin qəbulu nəzərdə tutulur “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nda çox önəmli sənədlər, qanun layihələrinin hazırlanması öz əksini tapıb.
Sosial müdafiə
24 May , 2024 11:10
Aynur Sofiyeva: Ölkədə uşaqlara dair mühüm sənədlərin qəbulu nəzərdə tutulur

“Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” əsasında mühüm sənədlərin qəbulu nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, artıq iki sənəd yekunlaşıb, qəbul olunub:

"Bunlar fövqəladə hallarda, pandemiya və s. Durumda uşaqların təhsilə və digər sosial xidmətlərə əlçatanlıqda bərabərliyin təmin edilməsi və xarici ölkələrdəki yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının ölkəmizə repartiasiyasi haqqında sənədlərdir.

Növbəti 3 sənəd isə demək olar, son mərhələdədir. Bu il həmin sənədlər qəbul olunacaq"

Son xəbərlər

Orphus sistemi