Sədr müavini: Küçə uşaqları ilə bağlı böyük layihənin icrasına başlanılıb

Sədr müavini: Küçə uşaqları ilə bağlı böyük layihənin icrasına başlanılıb Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi küçə uşaqları ilə bağlı böyük layihəyə başlayıb.
Sosial müdafiə
24 May , 2024 11:29
Sədr müavini: Küçə uşaqları ilə bağlı böyük layihənin icrasına başlanılıb

Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən küçə uşaqları ilə bağlı böyük layihənin icrasına başlanılıb.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, mətbuatda və kütləvi informasiya vasitələrində çətin vəziyyətdə olan uşaqlarla bağlı mütəmadi məlumatlar yayımlanır:

"Bəzən urbanizasiyanın nəticəsində aşkar olunmayan amma dəstəyə olan uşaqlarla bağlı məlumat alırıq. Onların çoxu qeydiyyatsız evlərdə, gecəqondularda yaşayırlar. Ona görə, RİH-lərinin yerlərdəki nümayəndələrinin daha fəal olmasını istəyirik".

Sədr müavini əlavə edib ki, hüquq pozuntuları törətmiş, çətin tərbiyə olunan uşaqlarla iş zamanı psixoloqların prosesə cəlb edilməsi çox vacibdir:

"Uşaqlarla iş məsələsində Polis əməkdaşları ilə yaxşı işləyirik. Amma polis orqanlarında qadın əməkdaşların sayının artırılması işimizin xeyrinə olan bilər".

Son xəbərlər

Orphus sistemi