Naxçıvanda əmək yarmarkası keçirilib

Naxçıvanda əmək yarmarkası keçirilib Naxçıvan şəhərində 40-dan çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib.
Sosial müdafiə
21 May , 2024 10:57
Naxçıvanda əmək yarmarkası keçirilib

Naxçıvan şəhərində 40-dan çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Naxçıvan şəhəri və Babək rayonu üzrə 40-dan çox işəgötürənin iştirakı ilə əmək yarmarkası təşkil olunub.

Yarmarkada Muxtar Respublikanın rəsmi şəxsləri iştirak edərək, işəgötürənlər və işaxtaran şəxslər tədbirdə aktiv iştiraka çağırıblar.

Yarmarkada işsiz və işaxtaran şəxslərə yalnız, Naxçıvan şəhəri və Babək rayonu üzrə 16 dövlət müəssisəsindən 190-dan artıq, 25-i özəl müəssisədən 90-dan çox olmaqla 41 işəgötürən tərəfindən 280-dən çox vakansiya yarmarkada işaxtaran və işsiz vətəndaşlara təqdim olunub. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.

Yarmarkada həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət edən şəxslərlə ilkin sorğular aparılıb.

Son xəbərlər

Orphus sistemi