Ümumi səbəblərdən əlilliyi olan şəxslərin reabilitasiya təminatında icbari sığorta vəsaitlərindən istifadə ediləcək
- 10 dekabr, 2025
- 15:37
Azərbaycanda ümumi səbəblərdən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatında dövlət icbari sığorta vəsaitindən də istifadə olunacaq.
"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, hazırda dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsaitdən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reablitasiya vasitələri ilə təmin edilməsi üçün də istifadə edilir.
Parlamentin qəbul etdiyi yeni qanunvericilik aktları həmin vəsaitdən ümumi səbəblərdən əlilliyi olan şəxslər üçün də istifadə edilməsini nəzərdə tutur.
Belə ki, ümumi səbəblərdən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı dövlət büdcəsi ilə yanaşı, dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsait hesabına da həyata keçiriləcək.