Səlim Müslümov Avstriyanın Azərbaycandakı səfirini qəbul edib

Səlim Müslümov Avstriyanın Azərbaycandakı səfirini qəbul edib Azərbaycanla Avstriya arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib
Sosial müdafiə
23 Fevral , 2015 19:57
Səlim Müslümov Avstriyanın Azərbaycandakı səfirini qəbul edib

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Avstriyanın ölkədəki səfiri Aksel Vex arasında tanışlıq görüşü olub. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 Görüşdə S.Müslümov Azərbaycanın Avstriya ilə ikitərəfli münasibətlərinin inkişafından bəhs edərək, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini, son illərdə artıq əmək və sosial müdafiə sahəsində də əlaqələrin aktiv xarakter aldığını diqqətə çatdırıb.

Nazir deyib ki, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Avstriyanın Əmək, Sosial Məsələlər və İstehlakçıların Müdafiəsi Nazirliyi arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində iki nazirlik arasında ikitərəfli formatda fəal əməkdaşlıq həyata keçirilir: "Bu əməkdaşlıq əmək və məşğulluq, sosial təminat sahələrində qanunvericiliyin, həmçinin tibbi-sosial reabilitasiya və əmək bazarının tələblərinə uyğun peşə tədrisi sistemlərinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının və əlillik siyasətinin inkişafı və digər sahələri əhatə edir".

Ötən müddətdə təlim və təcrübə səfərləri çərçivəsində Avstriya ilə bu sahələrdə aparılan təcrübə və məlumat mübadilələrini yüksək dəyərləndirən nazir Avropa İttifaqının "Azərbaycanda sosial xidmətlər sisteminin inkişafı" Tvinninq layihəsinin Avstriyanın müvafiq qurumu ilə birgə icra olunacağını bildirib: "Layihənin məqsədi ölkədə sosial cəhətdən həssas əhali qruplarına sosial xidmətlərin təşkili işinin təkmilləşdirilməsinə, onların sosial inteqrasiyasına dəstək verməkdir. Cari ilin may-iyun aylarında icrasına başlanacaq bu layihə qeyd olunan sahədə qabaqcıl Avstriya təcrübəsindən istifadəyə imkan verəcək".

A.Vex iki ölkə arasında münasibətlərin inkişafından bəhs edərək, bunun müxtəlif sahələrdə, o cümlədən əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinə şərait yaratmasının məmnunluq doğurduğunu ifadə edib. Səfir ölkəsi ilə Azərbaycan arasında bütün istiqamətlərdə əməkdaşlığın güclənməsinə, habelə əmək və sosial müdafiə məsələləri üzrə əlaqələrin genişlənməsinə öz töhfəsini vermək üçün daim səylər göstərəcəyini vurğulayıb. 

Görüşdə Azərbaycan və Avstriya arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi