Milli Preventiv Qrup sosial xidmət müəssisəsinə başçəkmə həyata keçirib

Milli Preventiv Qrup sosial xidmət müəssisəsinə başçəkmə həyata keçirib Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə baş çəkiblər.
Sosial müdafiə
23 Avqust , 2022 17:43
Milli Preventiv Qrup sosial xidmət müəssisəsinə başçəkmə həyata keçirib

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə baş çəkiblər.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Başçəkmə zamanı müəssisənin bütün ərazisinə, o cümlədən yataqxanaya, mətbəxə, yeməkxanaya, reabilitasiya və tibb otaqlarına baxış keçirilib, sosial xidmətin təşkili ilə bağlı mövcud vəziyyət araşdırılıb.

Rəftar məsələlərinin öyrənilməsi məqsədilə müəssisə rəhbərliyi və əməkdaşları, burada çalışan psixoloq, sosial işçi və digər ixtisaslı mütəxəssislərlə söhbət aparılıb.

MPQ üzvləri tərəfindən başçəkmə zamanı saxlanma şəraiti ilə bağlı aşkar olunan çatışmazlıqların aradan qaldırılması, habelə əlilliyi müəyyən edilmiş uşaqların hüquqlarının təmini və təbliği, habelə bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Bununla yanaşı, Ombudsmana müraciət formaları, 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi