Naxçıvanda 2023-cü ilin dekabr ayında 1 265 aztəminatlı ailəyə orta hesabla 460 manat ailəbaşına ünvanlı dövlət sosial yardımı ödənilib.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin sosial müdafiəsi nazirliyin mətbuat xidmətindən bildirilib
Qeyd olunub ki, 2023-cü ilin dekabr ayında 1 265 aztəminatlı ailəyə orta hesabla 460 manat ailəbaşına ünvanlı dövlət sosial yardımı ödənilib.
Hesabat dövrünün əvvəli ilə müqayisədə dövrün sonunda ünvanlı dövlət sosial yardımı almış ailələrin sayında 4 (və ya 947 ailə), məbləğində isə 16 (və ya 545.9 min manat) dəfə artım mövcuddur.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar ayında 318 aztəminatlı ailəyə orta hesabla ailəbaşına 113 manat ünvanlı dövlət sosial yardımı ödənilib.