Nazirliyin "142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin sayı azalıb

Nazirliyin "142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin sayı azalıb Müraciətlərin sayı aprel ayı ilə müqayisədə 21,58% azalıb
Sosial müdafiə
4 İyun , 2015 10:32
Nazirliyin 142-Çağrı mərkəzinə daxil olan müraciətlərin sayı azalıb

Bakı. 4 iyun. REPORT.AZ/ May ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-"Çağrı mərkəzi"i 8 mindən çox müraciəti cavablandırıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, ötən ay mərkəzə 8029 müraciət daxil olub.

Məlumatda bildirilib ki, müraciətlərin 3214-ü (40,03%) sosial təminat, 2126-sı (26,47%) əmək qanunvericiliyi, 1204-ü (15%) nazirliyin elektron xidmətlərindən istifadə, 838-i (10,44%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 647-si (8,06%) məşğulluq məsələləri üzrə olub. "Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 7438-i (92,6%) qeyd olunan məsələlərə dair sorğulardan ibarət olub və həmin sorğularla əlaqədar vətəndaşlara müvafiq məsələlərə dair hüquqi izahatlar verilib.

Digər müraciətlərdə isə əmək, məşğulluq, sosial təminat məsələləri ilə əlaqədar təklif və şikayətlər ifadə olunub ki, həmin müraciətlər müraciət vərəqəsi əsasında araşdırılmaq üçün nazirliyin müvafiq struktur bölmələrinə yönəldilib.

May ayında 142 - "Çağrı mərkəzi"nə daxil olan müraciətlərin sayı aprel ayı ilə müqayisədə 21,58% azalıb. O cümlədən müraciətlərdə azalma sosial təminat məsələləri üzrə 21,60%, əmək qanunvericiliyinə əməl olunması məsələləri üzrə 18,76%, nazirliyin elektron xidmətlərindən istifadə məsələləri üzrə 23,98%, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələləri üzrə 20,86% və məşğulluq məsələləri üzrə 26,39% faiz təşkil edib. 

Son xəbərlər

Orphus sistemi