Leyla Əliyevanın təşəbbüsü ilə ictimai çimərliklərin yaradılması rəğbətlə qarşılanıb - VİDEOREPORTAJ

Leyla Əliyevanın təşəbbüsü ilə ictimai çimərliklərin yaradılması rəğbətlə qarşılanıb - VİDEOREPORTAJ Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılması sakinlər arasında rəğbətlə qarşılanıb.
Sosial müdafiə
1 Avqust , 2019 19:56
Leyla Əliyevanın təşəbbüsü ilə ictimai çimərliklərin yaradılması rəğbətlə qarşılanıb - VİDEOREPORTAJ

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılması sakinlər arasında rəğbətlə qarşılanıb.

"Report"un çəkiliş qrupu Səbail rayonu, Salyan yolu, 32 ünvanında yerləşən “Şıx” çimərlik ərazisində 6 ha sahədə yaradılan ictimai çimərlikdə olub.

Burada istirahət edən sakinlər çimərlikdə yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər. Onlar çimərliyin ərazisinin abadlaşdırıldığı və lazım olan bütün zəruri işlərin həyata keçirildiyi üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür ediblər.

Qeyd edək ki, ictimai çimərliklər paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının IDEA İctimai Birliyinə etdikləri müraciətləri əsasında onların arzu və istəkləri nəzərə alınaraq yaradılıb.

Bununla yanaşı, Pirşağı və Buzovna qəsəbələrində yeni ictimai çimərlik istifadəyə verilib. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə ictimai çimərliklər yaradılıb. Bu çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur.

Son xəbərlər

Orphus sistemi