Agentlik sədri: Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur

Agentlik sədri: Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur.
Sosial müdafiə
24 May , 2024 14:28
Agentlik sədri: Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur
Mustafa Abbasbəyli

Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 24-də keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bununla bağlı layihə hazırlanaraq aidiyyəti üzrə göndərilib, razılaşma mərhələsindədir.

M.Abbasbəyli vurğulayıb ki, hazırda hökumətdə müzakirə olunan üç aktiv layihə var:

“Bunlar məqsədli proqrmalar, sosial müəssisələrin yaradılması və kvotadan əlavə iş yerləridir. Hər üç layihə bütün mərhələlərdən keçib. İnanırıq ki, yaxın vaxtlarda sizin müzakirənizə təqdim olunacaq”.

Son xəbərlər

Orphus sistemi