Yuxarı
    Bağlamaq

    Leyla Əliyeva

     - 

    Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri



    2013

    2013-cü il aprelin 5-də Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb. 2013-cü il dekabrın 20-də Leyla Əliyeva III dərəcəli “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.

    2012

    2012-ci ilin sentyabrın 12-də “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı ilə təltif olunub.

    2011

    2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. 2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. 2011-ci ilin oktyabrında Londonda “Baku” jurnalının ingilis dilli versiyasını təqdim edib. 2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə, “Key to life” fəxri mükafatına layiq görülüb. 22 noyabr 2011-ci ildə BMT-nin sertifikat və xüsusi vəsiqəsini alıb.

    2009

    2009-cu ilin aprelin 18-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib.

    2008

    2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarıdır. 2008-ci ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş Koordinatoru vəzifəsində çalışır.

    2007

    2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib. Jurnalın təsisçisi və baş redaktorudur.

    2006

    2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) magistratura pilləsində təhsil alıb. 2010-cu ilə qədər MQİMO-da Azərbaycanlılar Klubunun sədri olub.

    2000

    2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.

    1985

    Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub.