“Azərbaycanda qız uşaqlarına olan münasibət bizi narahat edən məsələlərdəndir”.
“Report” xəbər verir ki, bunu
O bildirib ki, yeni doğulan qız uşaqlarına qarşı diskriminasiya, neqativ faktlar qadına, onun sağlamlığına, doğulmayan qızlara qarşı zorakılıqdır: “Bu, bir faktdır ki, təbiət özü oğlan və qızlar arasında balansı tənzimləyir. Lakin əhalinin artımına müdaxilə olunur. Cinsiyyətin əvvəlcədən müəyyən olunması nəticəsində doğulan oğlanların sayı çoxalıb və disbalans yaranıb”.
H.Hüseynova Azərbaycanda oğlan uşağına verilən üstünlüyə səbəb olan stereotiplərin aradan qaldırılması ilə bağlı maarifləndirmə işlərinin daha da gücləndirilməsini təklif edib: “Xüsusilə də ailədə oğlanlar düzgün tərbiyə olunmalıdır”.