Yuxarı

Hicran Hüseynova

 - 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri



2015

12 avqust 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Hicran Hüseynova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib. Azərbaycanda və xaricdə nəşr olunan bir çox elmi məqalənin, bir sıra metodiki vəsaitlərin, monoqrafiyaların, programların, kitabların müəllifidir. Ailəlidir, 2 övladı, 3 nəvəsi var.

2007

2007-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya kommisiyasi tərəfindən Hicran Hüseynovaya professor adı verilib.

2006

7 fevral 2006-ci ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışır.

2001

2001-ci ilin noyabrında “Azərbaycan Avropa inteqrasiya sistemində” mövzusunda doktorluq disertasiyası müdafiə edib. Azərbaycanda siyasi elmlər üzrə doktorluq müdafiə etmiş ilk qadındır.

1972

1972-ci ildə 6 nömrəli orta məktəbi bitirib. 1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirib. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edib və tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.

1955

1955-ci ildə Bakı şəhərində anadan olub.