ƏMAS-da 18 yaşadək işçilər və iş yerinə dair e-arayış xidməti ilə bağlı yeniliklər tətbiq edilib

Sosial müdafiə
  • 16 dekabr, 2025
  • 10:31
ƏMAS-da 18 yaşadək işçilər və iş yerinə dair e-arayış xidməti ilə bağlı yeniliklər tətbiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib.

Bu barədə "Report"a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmək məzuniyyətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən (16 yaşınadək işçilər üçün 42 təqvim günündən, 16 yaşdan 18 yaşadək işçilər üçün isə 35 təqvim günündən) az daxil edilməsi texniki baxımdan mümkün olmur.

Eyni zamanda, iş vaxtının müddətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən (16 yaşınadək işçilər üçün həftə ərzində 24 saatdan, 16–18 yaş arası işçilər üçün isə 36 saatdan) artıq daxil edilməsi sistem tərəfindən məhdudlaşdırılıb.

Bu yenilik 16 yaşdan 18 yaşadək işçilərlə əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmasına, ƏMAS-da məlumatların düzgün formalaşdırılmasına xidmət edir.

Həmçinin ƏMAS-a daha bir funkisonallıq əlavə edilməklə, işçilərə bu e-sistem üzərindən real vaxt rejimində əsas iş yerləri ilə yanaşı, artıq əlavə iş yerləri barədə də arayışları əldə edə bilmək imkanı yaradılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti