Əcnəbilər Azərbaycanda müvəqqəti qeydiyyatla neçə gün qala bilər? - VİDEO

Əcnəbilər Azərbaycanda müvəqqəti qeydiyyatla neçə gün qala bilər? - VİDEO Bakı. 5 oktyabr. REPORT.AZ/ “Əcnəbilər Azərbaycanda 15 gündən artıq qalmağı planlaşdırırlarsa, olduğu yer üzrə qeydiyyata düşməlidirlər”.
Sosial müdafiə
5 Oktyabr , 2018 11:32
Əcnəbilər Azərbaycanda müvəqqəti qeydiyyatla neçə gün qala bilər? - VİDEO
Report/Firi Salim

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Əcnəbilər Azərbaycanda 15 gündən artıq qalmağı planlaşdırırlarsa, olduğu yer üzrə qeydiyyata düşməlidirlər”.

Bunu “Report”a açıqlamasında Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin baş inspektoru Emin Allahverdiyev deyib.

O xatırladıb ki, 2018-ci il iyunun 29-u tarixində Azərbaycan Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qərar qəbul edilib: “Həmin qərardan irəli gələrək Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində bir sıra dəyişiklilərə əlavələr edilib. Sonrakı dövrlərdə isə həmin əlavə və dəyişiklər səbəbindən bir sıra qanunvericiliklərə uyğunlaşdırmalar aparılır”.

Mütəxəssis qeyd edib ki, iyun ayının 29-dək əcnəbilərin Azərbaycanda müvəqqəti qalma müddəti 10 gün olub: “Qeyd etdiyim tarixdən etibarən isə əcnəbilərin Azərbaycanda müvəqqəti qalma müddəti 5 gün artırılaraq 15 gün olub. Əcnəbi Azərbaycanda 15-gündən artıq qalmağı planlaşdırırsa, bu müddət ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Qeydiyyata alınma prosesi həm yazılı, həm də elektron sürətdə aparılır”.

E.Allahverdiyevin sözlərinə görə, sözügedən dəyişiklərin əsas məqsədi ölkə ərazisində vətəndaş məmnunluğunu təmin etməkdir: “Müvəqqəti qalma müddətinin artırılması əcnəbilərin ölkə ərazisində rahat yaşamasını təmin edir”.

Son xəbərlər

Orphus sistemi