Yuxarı

Nazirlik: Birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin sayı 16 mini ötüb

Birdəfəlik ödəmə verilən şəhid vərəsəsələrinin sayı 16 mini ötüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 581 şəhidin 881 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub. 

Nazirlikdən "Report"a verilən məlumata görə, birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər görülür.

Birdəfəlik ödəmə hesablarına köçürüldükdən sonra bu barədə onların telefon nömrələrinə mesajla bildiriş göndəriləcək.

Qeyd edək ki, dövlət başçısının 19 aprel 2018-ci il tarixli və 28 yanvar 2019-cu il tarixli fərmanlarına əsasən, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 11067 şəhidin 16394 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Beləliklə, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminat proqramının icrası 90,2 faizə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi