Bakıda "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransın ikinci günü başlayıb.
"Report" xəbər verir ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, Almaniya Schleswig-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Baş dövlət ittihamçısı Bewersdorff Jana, Ədliyyə Akademiyası vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini, kiçik ədliyyə müşaviri Günel Sadıqova, ABŞ-nin San Louis Vaşinqton Universitetində fəlsəfə doktoru (Phd), Braun Sosial Işy ve İctimai Səhiyyə fakültəsinin baş elmi işçisi Aytəkin Hüseynli, Böyük Britaniya Westminister Universitetinin Sosial Elmlər üzrə məruzəçisi Yemisi Sloane, İngiltərə Essex Universitetinin doktorantı Fərid Ədliov panel müzakirənin çıxışçıları sırasındadır.
Konfransın birinci paneli "Məişət zorakılığına multidisiplinar yanaşma və mütəxəssis hazırlığı" mövzusuna həsr edilib.
İkinci panel isə məişət zorakılığının qarşısının alınması və reabilitasiya tədbirlərinin həyata keçirilməsində QHT-lərin rolu istiqamətində davam edəcək.