Azərbaycanda əlil uşaqların məlumat bankı yaradılacaq
Sosial müdafiə
- 05 yanvar, 2015
- 11:15
Bakı. 5 yanvar. REPORT.AZ/ Bu il Azərbaycanda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların məlumat bankı yaradılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, bu məsələ 2014-2018-ci illəri əhatə edən “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı” layihəsinə daxil edilib.
Məqsəd əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqları ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu sahədə elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılmasıdır.
Məlumat bankının yaradılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinə tapşırılıb.
Son xəbərlər
04:07
Antalyada cinayətkar qruplaşmaları təbliğ edən 10 nəfər saxlanılıb
Region03:39
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 5 mlrd dollarlıq aviabombaların satışını təsdiqləyib
Digər ölkələr03:18
PSJ Luis Enrike ilə müqaviləni uzadıb
Futbol02:46
Türkiyə Prezidenti 12 ölkəyə yeni səfir təyin edib
Region02:21
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir
Digər ölkələr01:52
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə01:30
"Real" La Liqanın cari mövsümündə ilk dəfə məğlub olub
Futbol01:18
Maka Boçorişvili ATƏT-in komissarı ilə Gürcüstanın milli azlıqlarla bağlı siyasətini müzakirə edib
Region00:55