Azad Cəfərli: "ASAN Xidmət"ə müraciət edənlərin 90%-dən çoxu strukturun işindən razıdır"

Azad Cəfərli: "ASAN Xidmət"ə müraciət edənlərin 90%-dən çoxu strukturun işindən razıdır" Bakı. 25 oktyabr. REPORT.AZ/ ASAN Xidmətə müraciət edənlərin 90%-dən çoxu strukturun işindən razıdır.
Sosial müdafiə
25 Oktyabr , 2018 17:14
Azad Cəfərli: ASAN Xidmətə müraciət edənlərin 90%-dən çoxu strukturun işindən razıdır
Report
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ "ASAN Xidmət"ə müraciət edənlərin 90%-dən çoxu strukturun işindən razıdır".

"Report" xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli VI Bakı Beynəlxalq Humanitar Forumunda deyib.

"Dövlət kreativ sahənin işləməsi üçün şəriat yaratmalıdır. Dövlətimiz isə yalnız bu sahənin inkişafının təmin edilməsinə təsir göstərmir, özü elə onun bir hissəsidir", - A.Cəfərli bildirib.

Onun sözlərinə görə, "ASAN Xidmət"in məqsədi vətəndaşların dövlət xidmətlərinə sərbəst və şəffaf çıxışını təmin etmək, korrupsiyaya qarşı mübarizə, elektron sistemə keçidi stimullaşdırmaq və elektron dövlət yaratmaqdır. A.Cəfərli qeyd edib ki, "ASAN Xidmət"in 14 məntəqəsində hər gün, təxminən, 3 min nəfərə xidmət göstərilir.

O bildirib ki, digər ölkələr də Azərbaycanın bu sahədəki təcrübəsi ilə maraqlanırlar.

Son xəbərlər

Orphus sistemi