Şifahi müsahibə mərhələsindən keçən 54 vəkilliyə namizəd icbari təlimə buraxılıb.
"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Bildirilib ki, vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə 19.09.2023-31.10.2023-cü il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib. Şifahi müsahibə mərhələsində 65 vəkilliyə namizəd iştirak edib.
İmtahanların nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 54 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb.
Noyabrın 29-da saat 09:00-da Ədliyyə Akademiyasında keçirilməyə başlayacaq icbari təlimlə bağlı namizədlərə əlavə məlumat veriləcək.