İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Ximqrad Texnopolis Azərbaycanda birgə şirkət yaradacaq

İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Ximqrad Texnopolis Azərbaycanda birgə şirkət yaradacaq İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi Tatarıstanın Ximqrad Texnopolis ilə əməkdaşlıq haqqında Saziş imzalayıb.
Sənaye
21 May , 2024 19:10
İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Ximqrad Texnopolis Azərbaycanda birgə şirkət yaradacaq

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi Tatarıstanın Ximqrad Texnopolis ilə əməkdaşlıq haqqında Saziş imzalayıb.

“Report” xəbər verir ki, saziş İZİA-nın rəhbərliyinin Tatarıstanın paytaxtında “Rusiya – İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumu çərçivəsində imzalanıb.

Sazişə əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Ximqrad Texnopolis Azərbaycanda birgə şirkət yaradılacaq. Yaradılacaq şirkət Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 10 hektarlıq xüsusi zonanın operatoru qismində Rusiyadan, Tatarıstandan, Özbəkistandan olan iş adamlarının Azərbaycana cəlb olunması və sözügedən sənaye zonasında istehsal müəssisələrinin yaradılmasında aktiv iştirak edəcək.

Bundan başqa səfər çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərliyi Tatarıstanın Naberejnıye Çelnı şəhərindəki "Kip Master" ASC-nin, Kazan şəhərindəki Ximqrad Texnopolisin, Elabuqa şəhərində yerləşən “Alabuqa” İqtisadi Zonasının fəaliyyət istiqamətləri ilə tanış olub, Rusiya Sənaye Zonaları Assosiasiyasının rəhbərliyi ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi