Səudiyyə Ərəbistanı səmasında husilərin raket və PUA-ları vurulub
- 15 noyabr, 2026
- 06:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış iki ballistik raketi və ölkənin şərqində iki pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.
"Report" xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi "X" sosial şəbəkəsində məlumat verib.
"HHM qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış iki ballistik raketi ələ keçirərək məhv edib", - bəyanatda deyilir.
Bundan qısa müddət əvvəl Səudiyyə paytaxtında hava həyəcanı elan edib.
Bundan başqa, koalisiya krallığın şərq hissəsində iki PUA-nın məhv edildiyini bildirib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
التحالف: الدفاع الجوي اعترض ودمر صاروخين باليستيين أطلقتهما الميليشيا الحوثية الإرهابية باتجاه الرياض. https://t.co/95NUYNoKlk
— المتحدث الرسمي باسم قوات التحالف (@CJFCSpox) November 15, 2026