İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb

Region
  • 14 noyabr, 2026
  • 21:59
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb

İranın Dəşt-Abbas-Mormuri avtomobil yolunda sərnişin avtobusu aşıb, ölən və yaralananlar var.

"Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

"Qəza nəticəsində 17 nəfər yaralanıb, azı 5 nəfər həyatını itirib", - məlumatda bildirilib.