"Fars": ABŞ-nin Bəhreyndəki bazası SEPAH-ın hücumuna məruz qalıb

Region
  • 15 noyabr, 2026
  • 08:14
Fars: ABŞ-nin Bəhreyndəki bazası SEPAH-ın hücumuna məruz qalıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndəki hərbi bazasına hücum edib.

"Report" xəbər verir ki, bu barərə "Fars" agentliyi məlumat yayıb.

"SEPAH Amerika addımlarına cavab olaraq, bu ölkənin Bəhreyndəki bazasına uğurlu hücumlar planlaşdırıb və həyata keçirib", - agentliyin müxbirinin apardığı araşdırmadan məlum olur.

Daha əvvəl xarici mediada Bəhreyndə hava hücumundan müdafiə sistemlərinin hazır vəziyyətə gətirilməsi və sirenlərin səsləndirməsi ilə bağlı xəbərlər yayılıb. Dağıntı və insan itkisi barədə məlumat yoxdur.

44 filmi