"Azərbaycan Sənaye Korporasiyası"nın biznes-plan və büdcəsi müzakirə olunub

"Azərbaycan Sənaye Korporasiyası"nın biznes-plan və büdcəsi müzakirə olunub “Azərbaycan Sənaye Korporasiyası” ASC-də (ASK) video-konfrans keçirilib.
Sənaye
7 Dekabr , 2020 15:24
Azərbaycan Sənaye Korporasiyasının biznes-plan və büdcəsi müzakirə olunub

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də (ASK) videokonfrans keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, konfransda səhmdar cəmiyyətinin mərkəzi aparatının və törəmə müəssisələrinin rəhbər şəxsləri iştirak edib.

Tədbirdə ASK-nın 2021-ci il üzrə biznes-plan və büdcəsinin layihələri müzakirə olunub. Müzakirələrdə bu ilin faktiki göstəriciləri və yekun proqnozları, həmçinin koronavirus (COVID-19) pandemiyasının həm ölkə daxilində, həm də dünya bazarında biznes mühitinə və iqtisadi fəallığa mənfi təsirləri ətraflı təhlil edilib, yaranmış suallar cavablandırılıb.

Qeyd olunan amillər, biznes riskləri və optimallaşdırma tədbirləri ilə yanaşı, həmçinin yeni biznes imkanlarının araşdırılması istiqamətində həyata keçirilən işlər də nəzərə alınaraq törəmə müəssisələrə 2021-ci ilin əməliyyat büdcəsi və investisiya planı üzrə lazımi tapşırıqlar verilib. 2021-ci ilin büdcə layihəsi təsdiq olunması üçün yaxın günlərdə ASK-nın Müşahidə Şurasına təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi