Ramin Bayramlı: "Evdə müalicə olunan şəxslər 12 saatdan bir sorğu ediləcək"

Ramin Bayramlı: "Evdə müalicə olunan şəxslər 12 saatdan bir sorğu ediləcək" “Son ayların müşahidələri göstərir ki, virus qanın laxtalanma sisteminə çox ciddi təsir göstərir”.
Sağlamlıq
18 İyun , 2020 19:12
Ramin Bayramlı: Evdə müalicə olunan şəxslər 12 saatdan bir sorğu ediləcək

“Son ayların müşahidələri göstərir ki, virus qanın laxtalanma sisteminə çox ciddi təsir göstərir”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri qeyd edib ki, xəstəxanaların 85% doluluq dövrü yaşadığı müddət də olub.

O bildirib ki, artıq modul tipli xəstəxanalara xəstə yatırılmasına başlanılıb:

“Poliknik müşahidə altında xəstələrin evdə müalicə olunması ilə bağlı hazırlıq işləri yekunlaşır. Bununla bağlı bir sıra ölkələrin təcrübəsindən istifadə ediləcək. E-təbib mobil tətbiqi hazırlanır və bu sistemlə evdə müalicə olunan xəstələri izləmək mümkün olacaq.

Evdə müalicə olunan şəxslər 12 saatdan bir sorğu ediləcək və qərara əsasən müalicələrin ev və ya xəstəxana şəraitində davam etdirilməsi barədə qərar qəbul ediləcək”.

Son xəbərlər

Orphus sistemi