Ukraynada seçkilərə və referenduma hazırlıq təsdiqlənməyib - YENİLƏNİB

Region
  • 11 fevral, 2026
  • 13:26
Ukraynada seçkilərə və referenduma hazırlıq təsdiqlənməyib - YENİLƏNİB

Ukrayna Prezidentinin Ofisindən "The Financial Times" nəşrinin ölkənin fevralın 24-də seçkilərin və Rusiya ilə sülh razılaşmaları üzrə referendumun keçirilməsini elan edəcəyi barədə məqaləsini şərh edərək, təhlükəsizlik vəziyyətinin bu məsələdə əsas şərt olaraq qaldığını qeyd ediblər.

"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

"Təhlükəsizlik olmadıqca, elanlar da olmayacaq (seçkilər haqqında - red.)", - Prezident Ofisindəki mənbə bildirib.

ABŞ-də hesab edirlər ki, Ukrayna mayın 15-dək prezident seçkilərini və Rusiya ilə sülh razılaşmaları üzrə referendum keçirməlidir.

"Report" xəbər verir ki, bu barədə "The Financial Times" (FT) nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ölkə üçün təhlükəsizlik zəmanətlərinin verilməsi bundan asılıdır.

Nəşr planlaşdırmada iştirak edən ukraynalı və avropalı məmurlara, həmçinin digər şəxslərə istinadən qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dördüncü ildönümündə, fevralın 24-də prezident seçkiləri və referendum keçirilməsinə dair planını elan etmək niyyətindədir.

Qeyd olunub ki, Zelenskinin ofisi, eləcə də ABŞ-nin Kiyevdəki səfirliyi şərh verməkdən imtina edib.