Azərbaycanda trans yağların normativ həddi aşağı salına bilər

Sağlamlıq
  • 29 dekabr, 2019
  • 11:45
Azərbaycanda trans yağların normativ həddi aşağı salına bilər

"Azərbaycanda qida yağlarının tərkibində trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir. Çünki hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8% təşkil edir. Bu rəqəm 2% olmalıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, AQTA Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq Azərbaycanda da trans yağların yuxarı həddinin 2% edilməsini istəyir: "Təbii ki, bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır".

Q.Təhməzli bildirib ki, energetik içkilərdə olduğu kimi trans yağlarla müvafiq normativ hüquqi sənədlər işlənilir: "Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunacaq. Orada qeydiyyatdan keçdikdən sonra hüquqi qüvvəyə veriləcək". 

Son xəbərlər

Bütün Xəbər Lenti