Yuxarı

Qoşqar Təhməzli

 - 

Qida Təhlükəsizliyi Agentliyinin sədri



2017

25 dekabr 2017-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin edilib.

2004

2004-2005-ci illərdə “Nəbz” Tibb Mərkəzinin baş direktoru, 2008-2016-cı illərdə isə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb.

1994

1994-cü ildə Səhiyyə Nazirliyinin Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim-interna vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1995-1997-ci illərdə Gigiyena və Epidemiologiya Mərkəzində həkim, 1997-2004-cü illərdə qidalanma şöbəsinin müdiri işləyib.

1988

1988-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsinə daxil olub, 1994-cü ildə isə İnstitutu həkim-gigiyenist ixtisası üzrə bitirib. Həmin il Qərb Universitetinin Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olub, 1996-cı ildə oranı “Siyasi elmlər bakalavrı” dərəcəsi ilə bitirib. Tibb elmləri üzrə fəlsəfə doktorudur.

1970

29 may 1970-ci ildə Zəngilan rayonunda anadan olub. Nəsimi rayonu, 5 saylı orta məktəbdə təhsil alıb.