ÜST: Səhiyyə işçilərinin intihar riski daha yüksəkdir

ÜST: Səhiyyə işçilərinin intihar riski daha yüksəkdir “Sağlam və təhlükəsiz iş şəraiti bizim üçün çox vacib amildir. Son bir il ərzində mövcud durumla əlaqəli nəinki səhiyyə, eləcə də bir çox sahələrdə çalışan insanlar peşə xəstəlikləri səbəbindən həyatını itirib”
Sağlamlıq
28 Aprel , 2021 11:13
ÜST: Səhiyyə işçilərinin intihar riski daha yüksəkdir

“Sağlam və təhlükəsiz iş şəraiti bizim üçün çox vacib amildir. Son bir il ərzində mövcud durumla əlaqəli nəinki səhiyyə, eləcə də bir çox sahələrdə çalışan insanlar peşə xəstəlikləri səbəbindən həyatını itirib”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn görüşdə çıxışı zamanı deyib.

ÜST rəsmisi qeyd edib ki, səhiyyə işçilərinin hər cür şiddətdən kənar, təhlükəsiz şəraitdə işləməsi üçün ölkə səviyyəsində lazımi addımlar atmaq lazımdır: “Əməyin mühafizəsi məsələsi COVID-19 şəraitində daha da aktuallaşıb. İş müəssisələrinin daha sağlam şəraitdə olması üçün birgə səylər göstərilməlidir”.

H.Harmancı vurğulayıb ki, aparılan araşdırmaların nəticələrinə görə COVID-19-la əlaqəli bu gün dünyada 23% səhiyyə işçisi depressiya və narahatlıqdan əziyyət çəkir: “30 faiz tibb işçisi isə yuxusuzluqdan şikayətlənir. Səhiyyə işçiləri arasında intihar riski digər peşə işçilərinə nisbətən daha yüksəkdir. Bundan başqa, dünyada aşağı və orta gəlirli ölkələrdə səhiyyə işçilərinin 54%-i gizli vərəm xəstəsidir. Bu da ümumi əhali arasında olan göstəricidən iki qat daha çoxdur”.

Son xəbərlər

Orphus sistemi