ÜST: Ölkələr vətəndaşlarının sağlamlığını iqlim dəyişikliyindən qorumağa hazır deyil

ÜST: Ölkələr vətəndaşlarının sağlamlığını iqlim dəyişikliyindən qorumağa hazır deyil Dünyanın bir çox hökumətləri öz əhalisini iqlim dəyişikliyinin təsirlərindən qorumaq probleminə diqqət yetirir, lakin çox vaxt onların effektiv tədbirlər üçün kifayət qədər vəsaitləri olmur.
Sağlamlıq
10 Noyabr , 2021 07:45
ÜST: Ölkələr vətəndaşlarının sağlamlığını iqlim dəyişikliyindən qorumağa hazır deyil

Dünyanın bir çox hökumətləri öz əhalisini iqlim dəyişikliyinin təsirlərindən qorumaq probleminə diqqət yetirir, lakin çox vaxt onların effektiv tədbirlər üçün kifayət qədər vəsaitləri olmur.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) BMT-nin mətbuat xidməti tərəfindən yayılan yeni hesabatında yer alıb.

Dünyanın 95 ölkəsindəki vəziyyəti araşdıran hesabatın müəllifləri belə qənaətə gəliblər ki, dövlətlərin yalnız 1/4-də hökumətlər sağlamlıq və iqlim dəyişikliyi sahəsində planlarını tam şəkildə həyata keçirə bilirlər. COVID-19 pandemiyası vəsait və kadr çatışmazlığı problemini daha da dərinləşdirib. Ekspertlər bildirirlər ki, əhalinin ən həssas qrupları - etnik azlıqlar, yoxsullar, qaçqın və köçkünlər, qocalar, qadınlar və uşaqlar daha çox risk altındadır.

Hesabatın dərci bu günlərdə Qlazqoda keçirilən İqlim Konfransı COP-26-a həsr edilib. ÜST-ün ətraf mühit üzrə direktoru Maria Neyranın sözlərinə görə, iqlim dəyişikliyi və sağlamlıq üzrə tədqiqatın nəticələri göstərir ki, bir çox ölkələr əhalinin sağlamlığını iqlim böhranının təsirlərindən qorumağa tam hazır deyillər.

“Qlazqoda COP26-da vəzifəmiz beynəlxalq ictimaiyyəti ehtiyacı olan ölkələri dəstəkləməyə əmin etməkdir. Biz insanları sağlamlıq üçün ən təhlükəli təhlükədən qorumaq üçün birlikdə işləmək istəyirik", - o deyib.

Qeyd olunur ki, ÜST-ün tövsiyələrinə uyğun olaraq havanın keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülsə, atmosferin çirklənməsi ilə bağlı səbəblərdən ölüm halları 80 faiz azala bilər. İlk dəfə belə bir araşdırma 2019-cu ildə aparılıb - beləliklə, hazırkı hesabat dinamik vəziyyəti izləməyə və uğurları və ya səhvləri qiymətləndirməyə imkan verir.

Son xəbərlər

Orphus sistemi