Ukrayna və Azərbaycan səhiyyə sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi imzalayacaq
Sağlamlıq
- 31 oktyabr, 2025
- 11:20
Ukrayna və Azərbaycan üç ay ərzində səhiyyə sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi imzalamağı planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko 27-ci Azərbaycan Beynəlxalq Tibbi İnnovasiyalar Sərgisi ("Medinex 2025") çərçivəsində keçirilən "İkitərəfli Əczaçılıq Müzakirəsi: Dialoqdan Əməkdaşlığa – Ukrayna və Azərbaycanın Əczaçılıq İmkanları" adlı sessiyada bildirib.
"Üç ay sonra bu gün aparılan danışıqların nəticələri üzrə tərtib edilmiş yol xəritəsini, bir ildən sonra isə artıq həyata keçirilmiş razılaşmaların nəticələrini görmək istəyirik", - nazir qeyd edib.
Lyaşko tərəflər arasında fəal əməkdaşlığın vacibliyini vurğulayıb və əldə edilmiş razılaşmaların praktiki şəkildə həyata keçirilməsinə çağırıb.
Son xəbərlər
12:17
Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Digər12:08
Pakistanlı feldmarşal Trampla danışıqlar üçün ABŞ-yə səfər edəcək
Digər ölkələr11:53
U-20 DÇ-yə ev sahibliyi Bakı-Daşkənd münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir - RƏY
Xarici siyasət11:49
Azərbaycanın aqrar sektorundakı kommersiya təşkilatlarının sayı açıqlanıb
ASK11:46
Kareliya Azərbaycanla əməkdaşlıq üzrə "yol xəritələri" hazırlayacaq
Biznes11:41
Rusiyalı döyüşçü UFC-dən uzaqlaşdırılıb
Fərdi11:40
Elektron siqaretin qadağan olunma səbəbləri – Azərbaycan və dünya praktikası
Sağlamlıq11:40
Orxan Məmmədov: "Aqrar sahibkarlar innovasiyalara açıq güclü iqtisadi subyektə çevrilib"
ASK11:39